ŞOK: Hacı Zeynalabdin Tağıyevin mülkü özəlləşdirildi – Rüsvayçılıq – VİDEObackend

ŞOK: Hacı Zeynalabdin Tağıyevin mülkü özəlləşdirildi – Rüsvayçılıq - VİDEO

KONKRET.az-ın şimal bölgəsinin xüsusi müxbiri xəbər verir ki, görkəmli dövlət xadimi, milyonçu və xeyriyyəçi insan Hacı Zeynalabdin Tağıyevin Xaçmazdakı mülkü özəlləşdirilib. Bu rüsvayçı hadisəni araşdırmaq üçün əməkdaşımız mülkün yerləşdiyi Yeni həyat kəndində olub. Rayon mərkəzindən 20 km uzaqlıqda olan bu kəndin Hacı Zeynalabdin Tağıyev ilə xatirələri çox dərindir.

O zamanlar milyonçunun bu kənd ərazisində 100 hektarlarla üzüm bağları olub. Bu səbəbdən Hacı Zeynalabdin Tağıyev kənddə zona üzümçülük təcrübə stansiyası inşa etdirib. İndi həmin bina icra nümayəndəliyi və kənd bələdiyyəsinin istifadəsindədir. Tağıyev hələ o zaman stansiyanın qarşısında özü üçün 2 mərtəbəli ev tikdirib. Hazırda onun evi kənd sakini tərəfindən özəlləşdirilib. Ev özəlləşdirilsə də, tikilinin özül hissəsi əşyaları ilə birlikdə olduğu kimi qalıb. Yalnız evin giriş hissəsində mişar daşından yardımçı bina inşa edilib. 19-cu əsrin ən görkəmli şəxsiyyətlərindən biri olan Hacı Zeynalabdin Tağıyevin vaxtı ilə Xaçmazda yaşadığı ev əşyaları ilə birlikdə tarixin yaddaşına qovuşmaq ərəfəsindədir. Çünki tikilinin indiki sahibi yaxın günlərdə mənzili sökməyi planlaşdırır.

Cəlal FƏRZƏLİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*