Avropa Komissiyası Rusiyaya qarşı 21-ci sanksiya paketinə Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanmasından sonra Rusiya silahlı qüvvələrində xidmət etmiş bütün şəxslərin Avropa İttifaqı ölkələrinə girişinə qadağa qoyulmasını təklif edib.
KONKRET.az xəbər verir ki, bu barədə iyunun 9-da Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen açıqlama verib.
Onun sözlərinə görə, Aİ ilk dəfə olaraq Rusiyanın tərəfində döyüşlərdə iştirak etmiş şəxslərə qarşı bu qədər genişmiqyaslı məhdudiyyət tətbiq etməyi planlaşdırır.
Avropa İttifaqı həmçinin 21-ci sanksiya paketinə 170 fiziki şəxs və qurumu da daxil edəcək. Siyahıda 90 Rusiya bankının da yer aldığı bildirilir.
Gözlənilir ki, yeni sanksiyalar paketi Aİ ölkələri tərəfindən iyulun ortalarınadək razılaşdırılacaq. Viza məhdudiyyətləri ilə yanaşı, yeni tədbirlərin Rusiyanın hərbi-sənaye kompleksini və neft sanksiyalarından yayınmaq üçün istifadə olunduğu iddia edilən “kölgə donanması”nı da hədəfə alacağı gözlənilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
