Bakıda yanğın hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Fərdi evlərdən birində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. /apa/

