SON DƏQİQƏ: İran hərəkətə keçdi – İsrailin keçmiş səfirinə qarşı sui-qəsd törədildibackend

SON DƏQİQƏ: İran hərəkətə keçdi - İsrailin keçmiş səfirinə qarşı sui-qəsd törədildi

İstanbulda İsrailin keçmiş səfirinə və onun həyat yoldaşına qarşı sui-qəsdin qarşısı alınıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, təxribata görə, 10 nəfər İran agenti həbs edilib.

Türkiyə təhlükəsizlik xidməti bütün iranlı əməliyyatçıların həbsinə kömək edən mütəxəssislərini təqdim edib.

Saxlanılan şəxslərdən səsboğucu silahlar, izləmə avadanlığı və saxta sənədlər aşkar edilərək götürülüb.

İran Kəşfiyyat Xidmətinin və İslam İnqilabı Keşikçiləri Korpusunun üzvlərinin tələbə, iş adamı və turist kimi gizli fəaliyyət göstərdikləri məlum olub.

Bu arada İran tərəfi bildirir ki, İsrailin mülki şəxslərinə qarşı hücumlarla bağlı rəsmi Təl -Əvivin yaydığı xəbərlər əsassızdır.

Bu məlumatlar İranla Türkiyə arasında münasibətləri pozmağa hesablanıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*