İngiltərədə mütəxəssislər yeni növ koronavirusla mübarizə çərçivəsində tətbiq olunan qadağaların bir il davam etməli olduğunu bəyan edib.
KONKRET.az -ın məlumatına görə, bu, insanların təmasını minimuma endirmək və həyata keçirilən sağlamlıq xidmətlərinin nəticəsiz qalmaması məqsədi daşıyır.
Hökumətə məsləhət verən elm adamlarından ibarət qrup Covid-19-la bağlı məruzə yayıb. Sənəddə sosial maarifləndirmə, məktəblərin bağlanması, iş yerlərinin təxirə salınacağı təqdirdə epidemiyanın nəzarət altına alınacağı bildirilir.
Hazırladı: Günel Museyib
