backend

SON DƏQİQƏ: Rafael Cəbrayılovla bağlı QƏRAR VERİLDİ

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

KONKRET.AZ -ın xəbərinə görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

İclasda qeyd edilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.

Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*