“Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin son görüşü 9 saat davam edib. Onun nəticələrinə əsasən, prinsipial məqamlar – dəmir yolunun haradan keçəcəyi, gömrük nəzarətinin necə aparılacağı ilə bağlı razılaşma var”.
KONKRET.az xəbər verir ki, bu barədə açıqlamanı Rusiya baş nazirinin müavini Aleksey Overçuk verib.
O daha sonra bildirib: “Adi bir dəmir yolu olacaq. Heç kim heç bir şəkildə Ermənistanın suverenliyini şübhə altına almır. Bütün tərəflər kommunikasiyaların və yolların açılması prosesinə mümkün qədər tez başlamaq istəyir. Tərəflərin əhval-ruhiyyəsi məhz buna köklənib”.
Natiq Səlim,
KONKRET.az