Son sutkada 2 nəfər koronavirusa yoluxdu – FOTObackend

Son sutkada 2 nəfər koronavirusa yoluxdu - FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 2 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 379 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 872 nəfər müalicə olunaraq sağalıb, hazırda 457 aktiv xəstə var. Bu günə qədər 10 050 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 676, bu günə qədər isə ümumilikdə 7 458 556 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*