Şotlandiyada böyük enerjili lazer silahları sınaqdan keçiriləcək, bundan sonra sistem Böyük Britaniyanın Müdafiə Nazirliyinə təhvil veriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə “UK Defence Journal” məlumat yayıb.
Sınaq Raytheon UK tərəfindən aparılacaq. Sınaqda olan silahın lazer gücü 15 kilovata çatır. Qurğu Wolfhound zirehli maşınına quraşdırılıb və pilotsuz təyyarələrdən daha mürəkkəb raket sistemlərinə qədər hava hədəflərini məhv etmək üçün istifadə oluna bilər.
Bildirilir ki, lazer sistemi xüsusi olaraq hava təhdidlərinə, ilk növbədə pilotsuz təyyarələrə qarşı hazırlanıb. Hərtərəfli sınaqdan və optimallaşdırmadan sonra Böyük Britaniya Müdafiə Nazirliyinə təhvil veriləcək.
Ariz Həsənoğlu,
KONKRET.az