“Status məsələsi…” – Zatulindən ermənilərə “QARA XƏBƏR”backend

"Status məsələsi..." - Zatulindən ermənilərə "QARA XƏBƏR"

“Ermənistanın tərəfinin hərbi və diplomatik məğlubiyyətindən sonra Qarabağın statusu bu qədər asanlıqla həll oluna bilməz”.

KONKRET.az “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, MDB İşləri Komitəsinin sədr müavini Konstantin Zatulin deyib.

O bildirib ki, Qarabağın statusu məsələsi müzakirə edilsə belə, o, Ermənistan üçün müsbət olmayacaq:

“İlk növbədə məğlubiyyətdən nəticə çıxarmaq, güc toplamaq, müdafiə qabiliyyətini yeni səviyyəyə çatdırmaq, siyasi və iqtisadi böhranı aradan qaldırmaq lazımdır. Dağlıq Qarabağın istənilən statusuna necə nail olmaq barədə yalnız bundan sonra düşünmək olar. Hər şeyin məhv edildiyi və Ermənistanda baş verənlərlə bağlı heç kimin heç bir şey edə bilmədiyi indiki vaxtda status məsələsini qaldırmaq sadəcə rüsvayçı bir müzakirədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*