“Sülh müqaviləsində bu olmasa, Qarabağ bir neçə aya yox olacaq” – Baqratyanbackend

"Sülh müqaviləsində bu olmasa, Qarabağ bir neçə aya yox olacaq" - Baqratyan

“Sülh müqaviləsində “status”la bağlı bənd olmasa, Qarabağ sadəcə olaraq bir neçə aya yox olacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, sülh müqaviləsində “status”u ilə bağlı bənd olmasa, Qarabağ bir neçə ay ərzində yox olacaq,

“Dünən və bu gün Xarici İşlər Nazirliyi və Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi haqqında fəal şəkildə danışırlar. Bununla əlaqədar olaraq aşağıdakıları qeyd etmək istərdim:

Delimitasiya edilmədən sülh müqaviləsinin imzalanması yeni milli faciəyə çevriləcək. Azərbaycan “aqressiv” hərəkətlərində daha da azad olacaq. Ermənistan 2020-2022-ci illərdə Vardenis Basarkeçər), Cermuk (Dərələyəz), Sisian (Qarakilsə), Gorus- Qafan-Çakaten hissəsində itirdiyi əraziləri birdəfəlik unutmalı olacaq.

Azərbaycan tələb olunan anklavları alacaq və mövcud İrəvan-Meğri yolunu bağlayacaq.

Sülh müqaviləsində “status”un sonrakı müzakirəsi ilə bağlı bənd olmasa, Qarabağ sadəcə olaraq bir neçə ay ərzində yox olacaq”, – deyə Baqratyan sərsəmləyib.

P.S. Qarabağ yox olmayacaq, erməni separatçılarının qondarma rejimi yox olacaq. Əksinə, Qarabağı 30 il ərzində yox edən ermənilər olub. Qarabağ indi nəfəs almağa, çiçəklənməyə, inkişaf etməyə başlayıb. Qarabağı müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu və xalqı diriltdi.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*