“Ermənistan hakimiyyəti deyir ki, sülh müqaviləsinin imzalanması daha müharibə olmayacağı anlamına gəlmir”.
KONKRET.az xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Facebook səhifəsində yazıb.
“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ətrafında danışıqlar yenidən aktiv müzakirələr mərhələsinə keçib,
Hazırda müzakirə olunan sənədin mətni ictimaiyyətə açıqlanmır. Buna baxmayaraq, sənəddə duran tərəflərin təqdim etdiyi prinsiplər artıq Ermənistan və Qarabağın həyati maraqlarının orada əks olunmadığını göstərir.
Və daha bir mühüm hal da var. Ermənistan ən yüksək səviyyədə iddia edir ki, sənəd imzalansa da, bu, heç də daha müharibə olmayacaq anlamına gəlmir.
Ermənistan hakimiyyəti çoxdan müharibə, fəlakət və təhlükəni simvolizə edən rejimə çevrilib”, – deyə deputat bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
