Sumqayıtda ağır qəza: Avtomobil ağaca çırpıldı, 3 nəfər yaralandıbackend

Sumqayıtda ağır qəza: Avtomobil ağaca çırpıldı, 3 nəfər yaralandı

Sumqayıtda yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində baş verib. İlkin məlumata görə, 2003-cü il təvəllüdlü Şəmsəddin Əmrullayevin idarə etdiyi “Mercedes-Benz C180” markalı minik avtomobili hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər – Zakir İbrahimli, Leyla Maluni və İlkin Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*