Sumqayıtda Xalq artistinin qardaşı döyüldü – FOTObackend

Sumqayıtda Xalq artistinin qardaşı döyüldü - FOTO

Sumqayıtda Xalq artistinin qardaşını parkda döyüblər.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin Sülh prospektində parklardan birində baş verib.

1966-cı il təvəllüdlü İxtiyar Allahverdiyev və Vəlixan Səmədov naməlum şəxslər tərəfindən döyülüb. Hər iki şəxsə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində tibbi yardım göstərilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, döyülənlərdən biri 54 yaşlı Vəlixan Səmədov Xalq artisti Əlixan Səmədovun qardaşıdır.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*