Sumqayıtda “Azərsun Sənaye Parkı”nın ərazisindəki yanğının söndürülməsinə helikopter cəlb olunub.
KONKRET.az xəbər verir ki, III dərəcəli yanğın təhlükəsi elan edilib.
Yanğının söndürülməsinə Sumqayıtla yanaşı, Bakıdan da yanğınsöndürənlər cəlb edilib.
19:32
Xəbər verdiyimiz kimi, Sumqayıtda “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın başlayıb.
Yanğından yeni görüntüləri təqdim edirik:
18:36
Sumqayıtda yerləşən zavodların birində yanğın başlayıb.
KONKRET.az xəbər verir ki, Bakı-Quba yolunun kənarında yerləşən iri zavodlardan birində başlayan yanğın hələ də davam edir.
18:06
“Azərsun Sənaye Parkı”nda yanğın başlayıb.
Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.
