Suqovuşanda yanğın olub  – VİDEObackend

Suqovuşanda yanğın olub - VİDEO

Tərtər rayonunun Suqovuşan qəsəbəsi ərazisində yanğın olub.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qəsəbə ərazisində yanğın baş verməsi barədə FHN-ə daxil olan məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının mina və partlamamış sursat təhlükəsi olan, quru ot və kol-kos ərazidə baş verdiyi məlum olub.

Yanğın Nazirliyin qüvvələri tərəfindən operativ və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində quru ot və kol-kos sahəsi yanıb.

Yanğının ətraf ərazilərə və avtomobil yollarına keçməsinin qarşısı alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*