Suriya hakimiyyəti Rusiya ilə ölkədəki hərbi bazaların gələcək taleyini müzakirə etməyə davam edir.
KONKRET.az xəbər verir ki, Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əş-Şaraa Qətrinin “Al Jazeera” telekanalına verdiyi müsahibəsində bu məsələyə toxunub. O, cari ilin yanvar ayında Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də Suriyadakı Rusiya bazalarını müzakirə etdiyini xatırladıb.
Qeyd edək kiç, Rusiyanın Suriyada üç hərbi bazası mövcuddur – “Hmeymim” aviabazası, Qamışlı şəhərindəki aerodrom və Rusiyanın Hərbi Dəniz Donanmasının Tartusdakı maddi-texniki təminat məntəqəsi.
“Kommersant” nəşrinin Suriya mənbəsinə istinadən yaydığı məlumata görə, Suriya hökuməti rusiyalı hərbçilərdən ölkənin şimalındakı Qamışlı aerodromunu tərk etmələrini xahiş edə bilər. “Reuters” agentliyinin mənbələri isə bildiriblər ki, Rusiya artıq həmin aerodromdan öz qüvvələrini çıxarmağa başlayıb. Müsahibədə qeyd olunan digər məlumata görə, Suriya “Hmeymim” aviabazasını öz hərbi qulluqçuları üçün məşq mərkəzinə çevirmək istəyir.
Natiq Səlim,
KONKRET.az
