Suriyanın şimalında ABŞ-ın iki hərbi bazasına raket hücumu edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti “Twitter”də məlumat yayıb.
Bildirilib ki, hücum nəticədə 3 ABŞ hərbçisi yüngül xəsarət alıb. Yaralı əsgərlərə tibbi yardım göstərilib, onlardan biri artıq xidmətə qayıdıb.
Departamentin məlumatına görə, zərbələr “Green Village” və Konokodakı hərbi bazalara endirilib.
ABŞ Mərkəzi Komandanlığı hücumun arxasında İranın dəstəklədiyi yaraqlıların olduğunu bildirib.
İqbal Rzayev,
KONKRET.az
