Şuşa klubu Çelenc Kubokunda mübarizəyə başlayırbackend

Şuşa klubu Çelenc Kubokunda mübarizəyə başlayır

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” komandası bu gün Çelenc Kubokunda mübarizəyə başlayacaq.

KONKRET.az xəbər verir ki, Şuşa təmsilçisi 1/32 finalın ilk oyununda Slovakiyanın “TJ Spartak” klubu ilə üz-üzə gələcək.

Bakıdakı Voleybol Mərkəzində reallaşacaq qarşılaşma saat 18:00-da start götürəcək. Qarşılıqlı razılığa əsasən, cavab görüşü də sabah eyni arenada gerçəkləşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*