Tacikistan parlamentinin aşağı palatası – Məclisi Aliyə keçirilən seçkilərdə 71,1 faiz seçici səsvermədə iştirak etdiyi üçün seçkilər baş tutmuş hesab edilib.
KONKRET.az-ın məlumatına görə, bunu Mərkəzi Komissiyanın sədri Baxtiyer Xudoyerzoda deyib.
O qeyd edib ki, saat 15.00-ə (Bakı vaxtılə – 14:00) olan məlumata görə, seçkilərdə 3 milyon 734 min 962 seçici səs verib.
Tacikistan qanunlarına görə seçicilərin 50 faizdən çoxu səs verdikdə seçkilər baş tutmuş hesab edilir.
Seçkilərin ilkin nəticələri 24 saat ərzində elan olunacaq.
