Tacikistanda qar uçqunu oldu – Ölənlər varbackend

Tacikistanda qar uçqunu oldu - Ölənlər var

Tacikistanda Suqd rayonuna gedən Düşənbə-Çanak magistralında qar uçqunu nəticəsində 3 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Innovative Road Solutions” (IRS) tollinq şirkətinin yola qulluq göstərən Tacikistandakı filialı məlumat verib.

“Düşənbə-Çanak avtomobil yolunun 157-ci km-də (Şəhristan aşırımı) “Muso” markalı avtomobil qar uçqunu altında qalıb. Nəticədə 3 nəfər yerindəcə ölüb, bir sərnişin isə Şəhristan rayonunun xəstəxanasına yerləşdirilib”, – məlumatda deyilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*