“Problemləri Paşinyanın üzərinə qoydular, yoxsa Paşinyanı Ermənistanın qoynuna atdırlar?”.
KONKRET.az xəbər verir ki, belə bir sualla erməni deputat Ayk Mamicanyan çıxış edib.
O, bildirib ki, tarixdə ilk dəfə İrəvan və Xankəndi bir-birinə qarşı durmağa başlayıb.
“Ermənistan tarixdə ilk dəfə olaraq KTMT qüvvələri ilə hərbi təlimlərdən imtina edib, ilk dəfə olaraq Ermənistan adından danışıqlar aparan şəxs Azərbaycan tezisləri səsləndirir” – deyə Mamicanyan bildirib.
Erməni deputat xalqa müraciət edərək, onları problemləri düzgün ayırd etməyə çağırıb:
“İndi özünüz mühakimə edin: Nikolu Dağlıq Qarabağ məsələsinin üzərinə atıblar, yoxsa 2018-ci ildə o özü erməni xalqının qoynuna atılıb?”, – deyə Mamicanyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az