Tarkanın anası Neşe Tevetoğlu ürək tutmasından vəfat edib.
KONKRET.az xəbər verir ki, Avropa turu çərçivəsində Almaniyada olan Tarkan, bu acı xəbəri alar-almaz dərhal İstanbula qayıdıb.
Cənazə mərasimi Maltepe Cumhuriyet Camii-də keçirilib. Tarkan mərasim boyunca sakit və metin bir duruş sərgiləyib, lakin cənazə maşınına mindiyi anda göz yaşlarını saxlaya bilməyib və hönkür-hönkür ağlayıb.
Neşe Tevetoğlunun cənazəsi Maltepe Qəbiristanlığında dəfn edilib.
Aynurə İsmayıl
KONKRET.az