İrandakı konsulumuzun ölümü ilə bağlı YENİ AÇIQLAMA: Təsadüfi qəza, yoxsa təxribat?backend

İrandakı konsulumuzun ölümü ilə bağlı YENİ AÇIQLAMA: Təsadüfi qəza, yoxsa təxribat?

Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun diplomatı Ramil İmranovun Culfa-Təbriz avtomagistralında baş verən ağır yol-nəqliyyat qəzasında həyatını itirməsi cəmiyyətdə ciddi rezonans doğurub. Hadisə ilə bağlı bir sıra iddialar səsləndirilir ki, bunlar arasında təxribat məsələsi xüsusilə ön plana çəkilir.

Bəs İranda Azərbaycan diplomatının avtoqəzada həlak olması təsadüfi hadisədir, yoxsa burada təxribat izi axtarmağa əsas var?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, İranda baş verən bu hadisə Azərbaycan adına olduqca təəssüf doğuran məqamdır:

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Bu ölkələrə gedə biləcəyik… |  KONKRET

“Son dövrlərdə Azərbaycan və İran arasında yaşanan gərginliklər, soyuq münasibətlər fonunda müəyyən şübhə və ehtimalların ortaya çıxması təbiidir. Xüsusilə, Tehrandakı Azərbaycan səfirliyinə edilən hücum və orada şəhid verməyimizdən sonra belə bir hadisənin yaşanması diqqətləri İranın üzərinə yönəldib. Bu da müxtəlif iddiaların meydana çıxmasına səbəb olub”.

Siyasi şərhçi qeyd edib ki, Naxçıvan istiqamətində baş verən son olaylardan sonra konsulun qəzası şübhələri daha da artırıb.

“Hazırkı vəziyyətdə İranın belə bir addım atması o qədər də məntiqli görünmür. Çünki Azərbaycan və İran arasında münasibətlər hazırda qənaətbəxş səviyyədədir. Rəsmi Bakı 40 günlük prosesdə həm ehtiyatlı, həm də İran üçün qəbulolunan mövqe sərgilədi. Belə olan halda İran niyə bu cür addım atsın?”

Cavanşir Abbaslı vurğulayıb ki, hadisə ilə bağlı hazırda araşdırma aparılır və cinayət işi açılıb:

“İstintaq davam edir. Araşdırmalar yekunlaşdıqdan və rəsmi rəy açıqlandıqdan sonra daha dəqiq danışmaq mümkün olacaq. Ona görə də hazırda ən doğru yanaşma istintaqın nəticələrini gözləməkdir”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*