Ramil İmranov Göyçayda dəfn olundubackend

Ramil İmranov Göyçayda dəfn olundu

İranda baş verən avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov dəfn edilib.

KONKRET.az report- istinadla xəbər verir ki, o, Alxasava kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfndən öncə vida mərasimində xarici işlər nazirinin müavini Samir Şərifov, rayon rəsmiləri, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

R.İmranov 2 gün əvvəl Culfa-Təbriz avtomagistralının Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*