Rusiya ilə alınmasa, alternativ tapacağıq – Mirzoyanbackend

Rusiya ilə alınmasa, alternativ tapacağıq - Mirzoyan

Ermənistan rusiyalı tərəfdaşları ilə Türkiyə sərhədinə dəmir yolu çəkmək üçün danışıqlar aparır, lakin razılığa gəlinməsə, başqa bir həll yolu tapmağa hazırdır.

KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Ermənistanın Şərq və Qərb arasında ticarət dövriyyəsinin alternativ zəncirinə çevrilmək üçün tarixi bir fürsəti var. Sözügedən ticarət dövriyyəsi bu və ya digər şəkildə baş verəcək və mühüm bir mərkəzə çevrilmək üçün tarixi bir fürsətimiz var, bu fürsəti əldən verməyəcəyik. Buna görə də bu məsələ həll olunmalıdır. Gümrü-Qars yolunun işləməməsi səbəbindən mövcud olmayan dəmir yolu hissəsi tikilməlidir. Hazırda rusiyalı həmkarlarımızla danışırıq: əgər bunu onlarla birlikdə qura bilsək, işləyəcəyik, yox, qura bilməsək başqa bir həll yolu tapacağıq, amma bu məsələ həll olunmalıdır”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*