Tayland birjası süni intellekt alətlərindən istifadə etməyi planlaşdırırbackend

Tayland birjası süni intellekt alətlərindən istifadə etməyi planlaşdırır

Tayland birjası artan korporativ fırıldaqçılıq halları ilə mübarizə apararkən, siyahıya alınmış şirkətlərin monitorinqini təkmilləşdirmək üçün süni intellekt alətlərindən istifadə etməyi planlaşdırır.

KONKRET.az Bloombergə istinadən xəbər verir ki, bu barədə Taylandın Fond Birjasının prezidenti Asadej Konqsiri bildirib. Onun sözlərinə görə  süni intellektin tətbiqi birjaya səhm qiymətlərinin qeyri-müntəzəm hərəkətini və ticarətini tez aşkar etməyə və investorları xəbərdar etməyə kömək edəcək. Onun sözlərinə görə, gecikmiş xəbərdarlıqlar və icranın gecikdirilməsi investorların Tayland fond bazarına inamının azalmasının səbəblərindən biri olub.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*