Uşağın ayağı velosipeddə qaldı: FHN köməyə gəldi – VİDEObackend

Uşağın ayağı velosipeddə qaldı: FHN köməyə gəldi – VİDEO

Sumqayıtda azyaşlının ayağı velosipedin pedalı ilə ramasının arasında sıxılıb qalıb.

KONKRET.az bildirir ki, yaxınları uşağın ayağını çıxara bilmədikləri üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə müraciət ediblər.

Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə gəliblər.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə azyaşlının ayağını təhlükəsiz qaydada velosipeddən çıxarıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*