Sabirabadda 14 yaşına çatmayan qardaşı qızına qarşı əxlaqsızlıq edən 1966-cı il təvəllüdlü Sədrəddin Qocamanovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.
KONKRET.az xitab24-ə istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, 60 yaşlı Sədrəddinin 2022-ci ildə arvadı öldükdən sonra mərhum qardaşının həyat yoldaşı ilə qeyri-rəmi nikaha daxil olub. Onlar arasında molla kəbini kəsilib. Bir müddət sonra isə Sədrəddin qardaşının əqli və fiziki inkişaf geriliyi olan 2014-cü il təvəllüdlü qızına qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb.
Sədrəddin azyaşlı qızının anasının 1-ci qrup gözdən əlil olmasından istifadə edərək, hər hansı müqavimətlə qarşılanmayacağını düşünüb.
Daha sonra isə qadın Sədrəddinin əxlaqsızlıq hərəkətlərindən xəbərdar olub və bu barədə DİN-in 102 xidmətinə şikayət edib.
Toplanmış materiallarla Sədrəddin Qocamanovun cinayət əməli hərtərəfli sübuta yetirilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
