Tbilisi ilə Bakını səhv saldı – VİDEObackend

Tbilisi ilə Bakını səhv saldı - VİDEO

Gürcüstanda səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında çıxışı zamanı Tbilisi ilə Bakını səhv salıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, həmin an Gürcüstanın Baş naziri İrakli Kobaxidze Stoltenberqin yanında olub.

“Yenidən Bakıya qayıtmaq və burada olmaq xoşdur. Çünki bu bizim Gürcüstan və NATO arasında tərəfdaşlığı necə yüksək qiymətləndirdiyimizi göstərir”, – deyə Baş katib qeyd edib.

Bildirilir ki, bununla belə, Stoltenberqin səhvini heç kəs düzəltməyib.

Xatırladaq ki, Stoltenberq martın 17-18-də Azərbaycanda səfərdə olub və bu gün Gürcüstana gedib. O, Gürcüstandan Ermənistana səfər edəcək.Qafqazinfo

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*