TƏBİB-in dövlətin sosial siyasətinə zərbə vurmaqda məqsədi nədir?backend

TƏBİB-in dövlətin sosial siyasətinə zərbə vurmaqda məqsədi nədir?

Avtobusda və yaxud metroda kiminsə ayağını tapadalayanda çönüb təbəssümlə “üzr istəyirəm” deyirik. Bəzi hallarda bu üzrxahlığımız da qəbul olunmur.Tənəli baxışlarla süzülüb gedirik. Di gəlki, elə dövlət qurumlarımız var ki, cinayət edir. Amma bunun üçün heç üzr də istəmir. Elə TƏBİB kimi. Bu günlərdə elektron KİV-lərdə və sosial şəbəkələrdə məlumat yayıldı ki, apteklərdə “koronavirus paketi”i satılır. Halbuki, bu paketlər dövlət hesabına alınıb və TƏBİB tərəfindən pulsuz olaraq xəstələrə paylanmalıdır. Özü də o xəstələrə ki, “olumla ölüm” arasında mübarizə aparırlar. Di gəlki, TƏBİB üçün bunun fərqi yoxdu. Təki qazan qaynasın, pul gəlsin. Pulu olmayan xəstə də ölür cəhənnəmə ösün. Sabir demiş: ”Pulsuz kişi sən də özünü insanmı sanırsan?”

Mən, ümumiyyətlə, bu TƏBİB-in mahiyyətini başa düşmürəm. Elə onun funksiyalarını pis-yaxşı Səhiyyə Nazirliyi aparırdı də… İndi bəyəm nə dəyişib. Hələ bu günədək bu qurumun fəaliyyətindən razı olan adamı nə eşitmişəm, nə də ki görmüşəm. Üstəlik də fəaliyyətlərinin iki ili tamam olmamış başlayıblar “çak-çuka”. “Çak-çuk”larını da yetim-yesir, kasıb-küsub payı hesabına edirlər. Etdukləri bəd əməllərdən sonra da qayıdıb günahkar axtarırlar. Məşədi İbad demiş”mənə meymun deməyi bəs deyil, hələ bir salam da verir”…

Dövlət hesabına hazırlanan və xəstələrə pulsuz olaraq çatdırılmalı olan paketlər pərakəndə şəkildə apteklərdə satılır. Bu boyda cinayətdən sonra TƏBİB qayıdıb deyir ki, “bağışlayın…” Guya ki, metronun basabasında ayağımı tapdalayıb. İndi də çönüb nəzakətlə məndən üzr istəyir. Və elədikləri azmış kimi mənim kimilərdən bir təbəssümlü “eybi yox” cavabı gözləyir. Ay bərəkallah.

Ay Ramin müəllim, sizin işçilərinizin etdikləri üzrxahlıqla keçiləsi şey deyil axı?

Birincisi, insanların taleyi ilə oynayırsınız.

İkincisi, əməkdaşlarınızın əməlində cinayət tərkibi var.

Üçüncüsü, belə hərəkətlərinizlə dövlətin sosial siyasətinə zərbə vurursunuz.

Amma bütün bunlardan sonra çıxıb deyirsiniz ki, ”Bəs, sözügedən paketlər TƏBİB-ə aid deyil. İki gündür davam edən araşdırmalarımız nəticəsində isə məlum oldu ki, bəzi apteklərdə satışa çıxarılan həmin dərman paketləri “Avromed Company” MMC-nin şəxsi təşəbbüsü ilə hazırlanıb. Lakin paketlərin hazırlanması zamanı anbar əməkdaşları tərəfindən yanlışlığa yol verilib. Şirkət əməkdaşı paketləmə zamanı yanlışlıqla dərman paketinin içərisinə “Avromed Company” MMC-nin deyil, anbarda nümunə üçün hazırlanmış TƏBİB-ə məxsus fleyerləri yerləşdirib”. Vəssəlam…

Özünüz cinayət tərkibli əməlinizi etiraf edirsiniz. Deyirsiniz ki, yanlışlıqla olub. Bəs yanlışlığı edən adamların adını niyə mətbuata söyləmirsiniz? Yanlışlığı edən əməkdaşlarınız barədə niyə hüquq-mühafizə orqanlarına müraciət göndərmirsiniz? Bunlar cəhənnəmə… Həmin adamlar haqqında gördüyünüz cəza tədbirləri barədə niyə bir söz demirsiniz? Belə çıxır ki, bu əməli törədənlər hələ də cəzasızlıq şəraitində öz fəaliyyətlərini davam etdirir. Ona görə də Ramil müəllim, unutmayın ki, bu cür hərəkətləri edənlər koronavirusa yoluxan 203 min 593 nəfərin haqqını yeyib və 2 min 253 nəfərin dolayısı ilə ölümünə səbəb olublar.

Amma heç bir cinayət cəzasız qalmır. Hər birimiz etdiklərimiz üçün ya məhkəmə, ya da Tanrı qarşısında cavab veririk. Bir az tez, bir az gec. O ki, qaldı, bu işdə  adı hallanan “Avromed Company” MMC-yə və onun ağalarına,.. Onlara deməyə sadəcə söz tapmıram…

Surxay Atakişiyev,

KONKRET.az

 

  • Ramin
    Dekabr 22, 2020 - 14:52

    allah belalarin versin bunlarin.
    Bu azmis kimi modul tipli xestexanalarda rehmete geden insanlarin pullarin telefonlarinda ogurlayirlar. haraminiz olsun. Buna rehmete geden yaxinlarimizdada rast geldik. Bosuna demirler Gizli virus aramizdadi. TEBIB ve onun destesi.

Ramin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*