TƏCİLİ! İran HƏRƏKƏTƏ KEÇDİ: “ABŞ küçələrini qana bulayacağıq”backend

TƏCİLİ! İran HƏRƏKƏTƏ KEÇDİ: "ABŞ küçələrini qana bulayacağıq"

İran ilə ABŞ arasındakı gərginlik diplomatik çərçivələri aşaraq birbaşa təhdid dilinə keçib. İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədr müavini Abbas Moqtadai Vaşinqtona qarşı görünməmiş sərtlikdə bəyanatla çıxış edərək, hərbi müdaxilə ehtimalına qarşı asimmetrik cavab veriləcəyini bildirib.

“Əgər ABŞ yenidən İrana hücum edərsə, İran onlara ABŞ küçələrində cavab verəcək”, — deyə iranlı deputat vurğulayıb.

KONKRET.az xəbər verir ki, eyni zamanda, nüfuzlu “Axios” portalı ABŞ Prezidenti Donald Trampın məsələyə münasibəti barədə maraqlı detallar yayımlayıb. Məlumata görə, Tramp İranla hərbi münaqişəni davam etdirmək tərəfdarı deyil və prosesin tezliklə yekunlaşmasını istəyir. Lakin o, Tehranın Hörmüz boğazı üzərindəki nəzarətindən Yaxın Şərqdə təzyiq rıçağı kimi istifadə etməsindən ciddi narahatdır.

Mənbələr bildirir ki, Tramp artıq müharibə etmək istəmir, lakin məcbur qalacağı təqdirdə döyüş əməliyyatlarını bərpa etməyə hazırdır. Bununla belə, Ağ Ev rəhbərinin “uyğun sövdələşmə” naminə İranın dondurulmuş vəsaitlərini sərbəst buraxmağa meyilli olduğu da qeyd edilir. Hazırda tərəflər arasında gərginlik və diplomatik bazarlıq eyni vaxtda davam edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*