Tehran-Şimal dəmir yolu bu səbəbdən BAĞLANDIbackend

Tehran-Şimal dəmir yolu bu səbəbdən BAĞLANDI

İranda daşqın və sel nəticəsində 12 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin İran nümayəndəliyinin açıqlamasında bildirilir.

Məlumata görə, Sistan və Bəlucistan əyalətlərində 5, Tehranda 7 nəfər ölüb. 14 nəfər itkin düşüb. Bu müddət ərzində 3667 nəfərə yardım göstərilib.

Tehran-Şimal dəmir yolu sel və daşqınlar səbəbindən bağlanıb. Bu barədə İran Dəmir Yolları Şirkəti məlumat yayıb.

Qeyd olunub ki, daşqın Rəşt-Məhabad dəhlizi boyu uzanan Tehran-Şimal dəmir yolu xəttinin bir hissəsini dağıdıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*