Tehrandakı Azərbaycan səfirliyi tezliklə fəaliyyətini bərpa edəcək – “Prezident söz verdi”backend

Tehrandakı Azərbaycan səfirliyi tezliklə fəaliyyətini bərpa edəcək - “Prezident söz verdi

Prezident İlham Əliyev tezliklə Tehrandakı Azərbaycan səfirliyinin fəaliyyətini bərpa edəcəyinə söz verdi.

KONKRET.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş deyib.

Azərbaycan Respublikasına səfəri barədə təəssüratını bölüşən və Bakıda apardığı yüksək səviyyəli danışıqlara toxunan nazir bildirib:

“Söhbət zamanı keçmişdə baş vermiş bəzi anlaşılmazlıqlardan söz açıldı. Biz Azərbaycanın İrandakı səfirliyinin qısa zamanda açılmasını xahiş etdik və Azərbaycan Prezidenti səfirliyin tezliklə fəaliyyətini bərpa edəcəyinə söz verdi”.

Xatırladaq ki, 27 yanvar 2023-cü ildə, yerli vaxtla səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum baş verib.

İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yarıb və səfirlik əməkdaşlarına atəş açıb. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub. Hücumun dəf edilməsi zamanı 2 mühafizəçi yaralanıb.

İran məhkəmə-ədliyyə orqanları artıq səfirliyə hücumla bağlı cinayət işinin məhkəməyə göndərildiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*