Tehrandan Vaşinqtona ittiham: “ABŞ-ın daimi mövqe dəyişməsi…”backend

Tehrandan Vaşinqtona ittiham: "ABŞ-ın daimi mövqe dəyişməsi..."

Yaxın Şərqdə gərginliyin yüksək həddə çatdığı və nüvə proqramı ətrafında diplomatik təmasların davam etdiyi bir vaxtda, İran tərəfindən ABŞ administrasiyasının danışıqlar strategiyasına dair sərt tənqid gəlib. Tehran rəsmi Vaşinqtonu ardıcıl olmamaqda və ziddiyyətli bəyanatlarla prosesi dalana dirəməkdə ittiham edib.

KONKRET.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai CNN telekanalına verdiyi eksklüziv müsahibədə bildirib.

E.Baqai Ağ Evlə aparılan danışıqlar prosesinin ən böyük çətinliyini açıqlayaraq Vaşinqtonun addımlarını kəskin tənqid edib: “Hazırkı administrasiya ilə danışıqların əsas problemi ondan ibarətdir ki, biz daimi mövqe dəyişikliyi, proses gedişində oyun qaydalarının dəyişdirilməsi, müxtəlif rəsmi şəxslər tərəfindən fərqli bəyanatların və ziddiyyətli fikirlərin səsləndirilməsi ilə qarşılaşırıq. Bütün bunlar isə ümumi prosesi son dərəcə ağır və yorucu bir hala gətirir”.

İran XİN rəsmisi ölkəsinin nüvə məsələsində geri addım atmayacağını və Vaşinqtonun Tehrana qarşı təzyiq siyasətinin effektiv olmayacağını vurğulayıb: “Amerikalılar başa düşməlidirlər ki, onlar İranın hüquqlarını tanımalıdırlar. Bura İspaniya və ya digər beynəlxalq platformalarda da qeyd edildiyi kimi, Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT) uyğun olaraq, İranın uranın dinc məqsədlərlə zənginləşdirilməsi hüququ da daxildir”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*