“Tehranla İrəvan arasında bu əlaqələr Zəngəzur dəhlizinin yaradılmasının qarşısını alacaq” – İranlı ekspertbackend

"Tehranla İrəvan arasında bu əlaqələr Zəngəzur dəhlizinin yaradılmasının qarşısını alacaq" - İranlı ekspert

“Tehranla İrəvan arasında əlaqələrin genişlənməsi Zəngəzur dəhlizinin yaradılmasının qarşısını alacaq”.

KONKRET.az xəbər verir ki, bunu ILNA-ya eksklüziv müsahibəsində Qafqaz üzrə iranlı ekspert Ehsan Movahedian deyib.

O bildirib ki, Tehranla İrəvan arasında əlaqələrin genişləndirilməsi və möhkəmlənməsi Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanmasını təmin edəcək və Zəngəzur dəhlizinin yaradılmasının qarşısını alacaq.

“Zəngəzur dəhlizinin yaradılmasında məqsəd Çin, Rusiya və İranla o qədər də yaxşı münasibətləri olmayan ölkələrə malların və enerji resurslarının tranzitində inhisarın təmin edilməsidir.

NATO-nun Xəzər regionuna çıxış əldə etmək cəhdi həm İran, Çin və Rusiyanı blokadaya almaq, həm də bu ölkələrdə separatçı cərəyanları gücləndirmək məqsədi daşıyır.

İranın bu sui-qəsdi zərərsizləşdirmək üçün müxtəlif həll yolları var. Bunlardan biri də Ermənistanla iqtisadi, siyasi, təhlükəsizlik və kəşfiyyat əlaqələrini genişləndirmək və gücləndirməkdir”,- o deyib.

Movahedian əlavə edib ki, münasibətlərin genişlənməsi və möhkəmlənməsi Ermənistanla münasibətlərin qorunmasına gətirib çıxaracaq və ərazi bütövlüyünün və Zəngəzur dəhlizinin yaradılmasının qarşısını almalıdır.

“Ermənistan tərəfinə xatırlatmalıyıq ki, İran Ermənistanla maraqlarının maksimum davamlılığına malik yeganə ölkədir. Ermənistan öz ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq üçün İranın iqtisadi, siyasi, informasiya və hərbi, eləcə də təhlükəsizlik sahəsində yardımına ümid edə bilər”, – deyə o bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*