
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi iyunun 17-də 5-ci siniflər üzrə lisey və gimnaziyalara qəbul imtahanları keçirib. Əvvəlcədən də elan edib ki, builki imtahanlar yalnız iki fəndən – ana dili və riyaziyyatdan keçiriləcək. Yəni ötən ildən fərqli olaraq məntiq salınmayacaq.
Amma nə baş verdi? Sualların böyük əksəriyyəti elə məntiqdən idi. İmtahandan çıxan bir neçə uşaq və valideynlə söhbət edəndə aydın oldu ki, riyaziyyat adı altında verilən sualların böyük əksəriyyəti məntiqdən olub. Orta məktəb proqramında tədris olunmayan, qəliz, riyaziyyata heç bir dəxli olmayan suallarla uşaqların beyni qarışdırılıb, əksəriyyət də cavab yazmaqda çətinlik çəkib.
Sual kitabçalarını əlimə alıb baxanda gördüm ki, belə sualları heç aylarla magistratura imtahanlarına hazırlaşan tələbələr də asanlıqla həll edə bilməzlər. Axı nazirliyin marağı nədir ki, 5-ci sinfi bitirən şagirdi hansısa liseyə daxil olmaqdan ötrü orta məktəb proqramından kənar, çətin suallarla imtahan edir? Niyə nazirlik sözdə “məntiq imtahanlardan yığışdırılıb” deyir, amma reallıqda bu suallar üzərində işləyən komissiya uşaqları çətin sınağa çəkir?
Digər tərəfdən, 4 səhv sualın bir düzü aparması lisey və ya gimnaziyaya keçiddə hansı məntiqlə tətbiq edilir? Niyə balacalar bu şəkildə həvəsdən salınır, təhsildən perikdirilir?
İmtahanlardan narazı qalan böyük bir kütlə təhsil naziri Emin Əmrullayevdən cavab gözləyir… Aşağıdakı tip sualları tərtib edən komissiyanın builki imtahan şərtlərindən xəbəri olubmu, heç olmasa? Olubsa, niyə məntiqi suallar salınıb? Olmayıbsa da, bu məsələni nəzarətə götürün, görək bu nə qəsd-qərəzlikdir uşaqlara qarşı?
KONKRET.az
P.S. Yeri gəlmişkən, suallardakı cümlə quruluşları da bərbaddır, durğu işarələri də yerində deyil! Özlərini imtahan edəsən gərək!
Emin Emrullayev dərhal namizəd vəzifəsindən rədd edilməlidir
Mende raziyam bu yazilanla 23u cvblarin cixmagini gozleyirem ve men qaydalarla tanus olanda vardi sehf duzu aparmir,lakin sual kitabcasinda tam eksi yazilib mende bunun eleyhineyem aciq askar deyirler oxuma
Bu sualı tərtib edənin düzgün yazı savadı yoxdur heç.Bərbad,anlaşılmazdır.
Bəli, həqiqətən də 5- ci sinfə qəbul olacaq uşaqlar üçün çox çətin imtahan idi
Məncədə bunu. Günahı Emin emrullayevdedir təhsili çox yükləyib uşaqlar oynamağa belə vaxtlari qalmir guya təhsil inkişaf edir uşaqlar xəstə olur stolda oturub dərs etmekden skalioz nevroz
Mekteblerde mentiq kecirilmirse,mentiqi nederecede duzgundu imtahanlara salmaq?