The Guardian: “İran dron istehsalı üzrə dünya lideridir”backend

The Guardian: "İran dron istehsalı üzrə dünya lideridir"

Ukraynadakı müharibə İranı dron istehsalında dünya lideri edib.

KONKRET.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

ABŞ hökuməti mənbələri qəzetə bildiriblər ki, İran ucuz və ölümcül dronların istehsalı üzrə dünya lideri olub.

Onların fikrincə, Tehran Ukraynadan öz texnologiyalarının nümayişi kimi istifadə edir. Moskvaya tədarüklər İranı regional dron oyunçusundan Moskvanın müharibədə ən mühüm hərbi dəstəkçisinə çevirib.

Agentliyin həmsöhbətlərindən biri Tehranı ucuz və çox effektiv pilotsuz təyyarələrin istehsalı üzrə dünya lideri adlandırıb.

İran Rusiyaya üç model pilotsuz uçuş aparatı tədarük edir: Şahed 131 və 136 kamikadze pilotsuz təyyarələr və kəşfiyyat və ya raket zərbələri üçün istifadə oluna bilən Mohajer pilotsuz təyyarələri.

Mənbələr The Guardian-a bildiriblər ki, Tehranın Ukraynada dronların istifadəsindən çoxlu məlumat toplayıb və bundan öz pilotsuz təyyarələrini təkmilləşdirmək üçün istifadə edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*