Tikiş fabrikinin 25 işçisi ZƏHƏRLƏNDİbackend

Tikiş fabrikinin 25 işçisi ZƏHƏRLƏNDİ

Gürcüstanın Kobuleti şəhərində fəaliyyət göstərən “Ajara Textile” tikiş fabrikinin 25 işçisi zəhərlənib.

KONKRET.az xəbəri verir ki, zəhərlənən şəxslərin vəziyyətinin stabil olduğu bildirilir.

İlkin ehtimala görə, onlar təbii qazdan zəhərləniblər. Lakin, fabrikin direktoru Davit Jaiani bildirib ki, müəssisə qazla təmin edilməyib, ona görə də zəhərlənmənin səbəbi tam olaraq bilinmir.

O, fabrikin yalnız mətbəxinin qazla təmin edildiyini və istehsal prosesi ilə əlaqəsinin olmadığını bildirib.

Zəhərlənənlərdən 10-u xəstəxanaya aparılıb. Ümumilikdə 200 nəfərin işlədiyi müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*