“TikTok” bu ölkədə külli miqdarda cərimələndibackend

“TikTok” bu ölkədə külli miqdarda cərimələndi

Çinin “TikTok” sosial şəbəkəsi İtaliyada 10 milyon avro cərimələnib.

KONKRET.az xəbər verir ki, bu barədə İtaliyanın Rəqabətə Nəzarət Təşkilatı məlumat yayıb:

“Şirkətin platformada yayılan məzmuna nəzarəti qeyri-adekvatdır, xüsusən də yetkinlik yaşına çatmayanların və həssas şəxslərin təhlükəsizliyini təhdid edə biləcək məzmunla bağlı vəziyyət daha kritikdir”.

Bundan əlavə, agentlik platformanı potensial təhlükəli məzmunun, o cümlədən çağırışların yayılmasının qarşısını almaq üçün adekvat tədbirlər görməməkdə ittiham edib.

Bildirilir ki, sosial şəbəkədə yayılan məlumatların məzmununa nəzarət qeyri-adekvatdır. Bəzi paylaşımlar uşaqların fizioloji və psixi inkişafına mənfi təsir göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*