Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fövqəladə hallar naziri Yuri İlyini vəzifəsindən azad edib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, Prezident Abay rayonunda baş verən iri meşə yanğınları fonunda naziri vəzifəsindən uzaqlaşdırıb.
Xatırladaq ki, iyunun 8-də Abay rayonunda Dövlət Təbiət Qoruğunun ərazisində meşə massivi yanıb. İyunun 10-da Fövqəladə Hallar Nazirliyi rayonda meşə yanğınları ilə bağlı vəziyyətin stabilləşdiyi barədə məlumat yayıb.
İqbal Rzayev,
KONKRET.az
