Putin Qazaxıstan Prezidentinin adını təhrif edib.
KONKRET.az xəbər verir ki, bu, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı baş verib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin adını növbəti dəfə tələffüz edə bilməyib.
Putin həmkarının çıxışına istinad edərək, eşidilməyən tərzdə danışaraq “… Umm…” deyib.
Bu açıqlamadan sonra Tokayev çaşqınlıqla Putinə baxıb.
Bu, 2022-ci ildə ən azı üçüncü hadisədir.
Yanvar ayında Vladimir Putin bir həftədə iki dəfə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin adı ilə bağlı çaşıb. KTMT qoşunlarının Qazaxıstandan çıxarılmasının müzakirə edildiyi müdafiə naziri Sergey Şoyqu ilə görüşdə o, onu Kasam Jemel Kemeliç Tokayev adlandırıb. Bundan əvvəl – Kemel Jomartoviç adlandırıb.
Xatırladaq ki, SPİEF-in sessiyasında Qazaxıstan rəhbəri Qasım-Jomart Tokayev Kremlin nəzarətində olan “LDXR”in “müstəqilliyini” tanımaqdan imtina edərək, “respublikaları” “kvazidövlət əraziləri” adlandırıb.
O, BMT-nin nizamnaməsini xatırladıb və qeyd edib ki, dövlətin ərazi bütövlüyü və millətin öz müqəddəratını təyin etmək hüququ nəzərə alınmasa, dünyada 193 deyil, 500 və ya 600-dən çox dövlət olacaq. xaosa çevriləcək.
Xuraman Etibarlı,
KONKRET.az