Toplanan pensiya vəsaitləri varislərə keçə bilər – Partiya sədrindən UNİKAL TƏKLİFbackend

Toplanan pensiya vəsaitləri varislərə keçə bilər - Partiya sədrindən UNİKAL TƏKLİF

Rusiyada pensiya yığım hesablarında toplanmış vəsaitlərin vətəndaşlar tərəfindən istənilən vaxt əldə olunmasına imkan verən mexanizm yenidən diqqət mərkəzinə gəlib. Bu modelə əsasən, müəyyən yaş həddinə çatmış şəxslər topladıqları pensiya vəsaitlərini tam şəkildə çıxara, hətta dövlət tərəfindən əlavə edilən məbləğlərdən də istifadə edə bilirlər. Mütəxəssislər hesab edirlər ki, belə yanaşma vətəndaşların öz maliyyə vəsaitləri üzərində daha geniş hüquqlara malik olmasına şərait yaradır.

Bəs Azərbaycanda da pensiya fondlarında toplanan vəsaitlərin sərbəst idarə olunmasına imkan verən sistem yaradıla bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, Azərbaycanda da vətəndaşların pensiya fondlarında topladıqları vəsaitlər üzərində daha geniş hüquqlara malik olmaları üçün yeni mexanizm hazırlanmalıdır.

İqbal Ağazadə:”Hakimiyyətin koronavirusla mübarizə metodu zəifdir” |  Azərbaycan Ümid Partiyası

“Azərbaycanda pensiya yaşına çatmış insanların pensiya fondunda topladıqları vəsaitlər üzərində sərbəst qərar vermələrinə imkan yaradan sistem hazırlanmalıdır. Təkcə həmin vəsaiti istənilən vaxt çıxarmaq deyil, həm də varislər vasitəsilə bu pullar üzərində qərar vermək imkanı olmalıdır. Təəssüf ki, bizim pensiya sistemimiz sovet dövründən qalma modelə əsaslanır və köklü şəkildə dəyişdirilməlidir”, – deyə İ.Ağazadə bildirib.

Partiya sədri qeyd edib ki, vətəndaşların topladığı pensiya vəsaitləri onların şəxsi mülkiyyəti hesab edilməlidir.

“İstənilən yaş həddində vəsaitlərin bölüşdürülməsi, şəxs vəfat etdikdə toplanmış məbləğin varislər tərəfindən götürülməsi, eləcə də həmin pulların banklarda depozit kimi yerləşdirilməsi imkanları yaradılmalıdır. Bu vəsait dövlətin və ya başqa bir qurumun deyil, birbaşa pensiya fonduna ödəniş edən vətəndaşların şəxsi vəsaitidir”, – deyə o, vurğulayıb.

İ.Ağazadənin fikrincə, dövlət tərəfindən geniş sosial paket hazırlanmalı, həmin paket çərçivəsində vətəndaşların sosial təminat imkanları artırılmalı, pensiya vəsaitləri üzərində sərbəst qərar vermək hüququ da qanunvericilikdə öz əksini tapmalıdır.

Ekspert hesab edir ki, belə dəyişikliklər vətəndaşların pensiya sisteminə etimadını artırmaqla yanaşı, onların maliyyə hüquqlarının daha effektiv qorunmasına xidmət edə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*