“Fox News” koronavirusa ilk yoluxan şəxsin kimliyi haqqında iddia ortaya atıb.
KONKRET.az xəbər verir ki, telekanal bu şəxsin Uhan şəhərinin virusologiya laboratoriyasında işləyən biri olduğunu bildirib.
“Fox News”un çoxsaylı mənbələrinin sözlərinə görə, virus laboratoriyanın əməkdaşlarından birinə yarasadan keçib.
Bildirilir ki, bunun nəticəsində virus laboratoriyanın əməkdaşından başlayaraq Uhan sakinləri arasında yayılıb.
Telekanal qeyd edir ki, sözügüdən laboratoriyanın işi Çinin virusları aşkarlamaqda və onlarla mübarizədə ABŞ-dan üstünlüyünü nümayiş etdirməkdən ibarət olub. Mənbələr bildirirlər ki, virusun yaranmasının bioloji silah istehsalı ilə əlaqəsi yoxdur.
Ağ Evdə keçirilən brifinqdə Trampa “Fox News”un saytında dərc olunan məlumat haqqında sual verilib.
Lakin D.Tramp bunu şərh etməkdən imtina edib: “Bu haqda danışmaq istəmirəm. Lakin deyə bilərəm ki, biz bu hadisə barədə daha çox eşitməyə başlamışıq”.
