Donald Tramp Çinin Panama kanalını idarə etməsinə icazə verməyəcəyini bildirib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, yeni prezident bunu Vaşinqtonda jurnalistlərlə söhbəti zamanı deyib. Trampdan həmçinin Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil edilməsi üçün hərbi gücdən istifadə edib-etməyəcəyi ilə bağlı sual ünvanlanıb. O, bu suala birbaşa cavab verməyib və iki gün əvvəl 7-də Qrenlandiyaya səfər edən oğlu Donald Trampın səmimi qarşılandığını bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az