Tramp Dağlıq Qarabağdan danışdı: “Azərbaycan və Ermənistan arasında sülhə asanlıqla nail olaram”backend

Tramp Dağlıq Qarabağdan danışdı: "Azərbaycan və Ermənistan arasında sülhə asanlıqla nail olaram"

ABŞ Dağlıq Qarabağdakı münaqişənin sülh yolu ilə həllinə asanlıqla nail ola bilər.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp Nyu-Hempşirdə tərəfdarlarına danışarkən bildirib.

Tramp Vaşinqtonun Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlama üzərində çalışdığını vurğulayıb. “Hər şeyi qaydasına salacağıq. Dediyim kimi, bu, asanlıqla baş verməlidir. Nə etdiyinizi bilsəniz hər şey asan olacaq”, – deyə Amerika lideri qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*