Tramp İrlandiya ilə bağlı arzusunu açıqladıbackend

Tramp İrlandiya ilə bağlı arzusunu açıqladı

ABŞ Prezidenti Donald Tramp İrlandiya və hazırda Böyük Britaniyanın tərkibində olan Şimali İrlandiyanın birləşməsini görmək istədiyini bildirib.

KONKRET.az xəbər verir ki, Tramp Dublinə səfəri zamanı jurnalistlərin adanın yenidən birləşməsi ehtimalı ilə bağlı suallarını cavablandırıb.

Amerika lideri bu məsələ ilə bağlı problem yaratmaq istəmədiyini qeyd edib, lakin İrlandiyanın vahid ölkə kimi birləşməsini “çox istədiyini” etiraf edib.
Trampın sözlərinə görə, onun sərhədin hər iki tərəfində dostları var və İrlandiyanın birləşməsi “hər kəs üçün böyük qürur” olardı.

ABŞ Prezidenti bunun sonda baş verəcəyinə inandığını və belə bir nəticənin “möhtəşəm” olacağını deyib.

Bununla yanaşı, Tramp Böyük Britaniyanın bu məsələdə öz mövqeyinin olacağını da vurğulayıb.
Daha sonra o, İrlandiyanın birləşməsi məsələsini “yaxşı cavabı olmayan” suallardan biri adlandırıb. Bununla belə, Tramp mümkün birləşməni yenidən “çox möhtəşəm” hadisə kimi qiymətləndirib.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*