ABŞ Prezidenti Donald Trampın yüksək vəzifəli məsləhətçiləri İranla münaqişənin onun prezidentlik müddətinin sonunadək, yəni 2029-cu ilin yanvarına qədər uzana biləcəyini istisna etmirlər.
KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.
Ağ Evdə keçirilən görüşlərdə vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və digər rəsmilər Tehranın ABŞ təzyiqlərinə qarşı uzunmüddətli müqavimət göstərə biləcəyini bildiriblər.
Nəşr qeyd edir ki, illərlə davam edən münaqişə hərbi ehtiyatları tükədə və 2028-ci il prezident seçkiləri kampaniyası zamanı qlobal neft bazarında uzunmüddətli sarsıntılara səbəb ola bilər. Bu da Trampın ictimai bəyanatlarından fərqlənir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
