ABŞ prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Qəzza zolağında vəziyyətin nizamlanmasının növbəti mərhələsini müzakirə etmək üçün İsrailə gedib.
KONKRET.az xəbər verir ki, bu barədə Ynet məlumat yayıb.
Axios-un daha əvvəl yaydığı məlumata görə, Kuşner İsrailin Baş naziri Binyamin Netanyahu ilə Qəzza üzrə razılaşmanın növbəti mərhələsinin həyata keçirilməsi məsələlərini müzakirə edəcək.
Bu gün Kuşner və Qəzza üzrə Sülh Şurasının rəhbəri Nikolay Mladenov Netanyahu ilə görüşəcək. Media məlumatlarına görə, görüşdə Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bler də iştirak edəcək.
Natiq Səlim,
KONKRET.az
