Trampın oğlunun toy xərcini Putinin dostu çəkib – İDDİAbackend

Trampın oğlunun toy xərcini Putinin dostu çəkib – İDDİA

ABŞ-nin “ProPublica” araşdırma mərkəzinin yaydığı məlumata görə, Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan biznesmen, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyov ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Tramp (Jr.) və Bettina Andersonun Baham adalarında keçirilən dəbdəbəli toy mərasiminin xərclərini maliyyələşdirib.

KONKRET.az xəbər verir ki, hesabata əsasən, Kremlyov Dubaydakı IBA strukturları vasitəsilə adanın icarəsi, atəşfəşanlıq və digər təşkilati işlər üçün yüz minlərlə dollar xərcləyib. Donald Tramp (Jr.) və həyat yoldaşı xəbəri təkzib etməyərək, bu dəstəyi rusiyalı iş adamının şəxsi “toy hədiyyəsi” kimi qiymətləndiriblər.

Konqresin Nümayəndələr Palatasının aparıcı demokratı Robert Qarsiya məsələnin milli təhlükəsizliyə təhdid yarada biləcəyini vurğulayıb. Garcia Kremlin təsir dairəsində olan şəxsin prezident ailəsinə belə böyük maliyyə xərcləməsinin arxasında hansı maraqların dayandığını sorğulayıb və rəsmi təhqiqat tələb edib. \\yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*